Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:55

Ramil Usubov: Deyirlər ki, bunlar oliqarxların maşınlarıdı...


Azerbaijan -- Usubov, Ramil, Interior Minister, Baku, 27Jan2007

Azerbaijan -- Usubov, Ramil, Interior Minister, Baku, 27Jan2007

-
29 sentyabrda AzadlıqRadiosunun hazırladığı media icmalı:

«İl ərzində 70-80 min avtomaşın vətəndaşlarımız tərəfindən alınır. Son 10 ildə Azərbaycan vətəndaşı 730 min maşın alıb. Dinamikaya da fikir vemişəm ki, 2003-dən 2008-ə qədər qiyməti 10 min manata qədər olan maşınlar üstünlük təşkil edib. Lakin 2009-dan bu yana daha bahalı, qiyəti 10 mindən yuxarı maşınlar təşkil edib. Bəzən deyirlər ki, bütün bunlar məmurlar, oliqarxların maşınlarıdır. Reallıqla götürsək bunun 10 min 20 mini varlı adamların olsun. Bəs qalanları kimindir? Yeddi yüz min Azərbaycan vətəndaşı maşın sahibi olub. Buna da sevinmək lazımdır».
«Qafqazinfo» xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində Daxili işlər naziri Ramil Usubov deyib.
AZƏRBAYCANDA 121 MİNDƏN ÇOX RUHİ XƏSTƏ VAR
Son illər Azərbaycan əhalisi arasında psixi xəstəliklərlə xəstələnmə halları artıb. Rəsmi statistikaya görə, ötən il ərzində 4 mindən çox adama ilk dəfə psixi xəstə diaqnozu qoyulub. Hazırda Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 120 minə yaxındır.
Modern.az saytı yazır ki, «statistikaya görə, Azərbaycanda ilk dəfə psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayında azalma baş versə də, qeydiyyata duranların sayında artım olub. Belə ki, 2011-ci ildə 5109 nəfərə ilk dəfə psixi xəstə diaqnozu qoyulubsa, ötən il bu rəqəm 161 nəfər azalaraq 4948 nəfər olub. Müalicə-profilaktika müəssisələrində qeydiyyata düşənlərin sayı 2011-ci ildə 116.329 nəfər olubsa, ötən il bu rəqəm 4810 nəfər artaraq 121139 nəfərə çatıb».
Arxiv foto

Arxiv foto

Respublikanın baş psixiatrı Gəray Gəraybəyli xəstələrin sayının artmasının səbəbini ilk növbədə stress və gərginliklə bağlı olduğunu deyir:
«Depressiya, həyəcan pozuntularının sayı günü-gündən artır. Psixi pozuntuların sayının artması bir yox bir neçə faktorla bağlıdır. İlk növbədə bunlara stress, gərginlik səbəb olursa informasiyanın çoxluğu, vaxt azlığından baş verir. Daim tələsmək və yaxşı yatmamaq da insanların psixi pozuntularına səbəb olur. Həttə son illər ekoloji faktorlar da insanlarda bu xəstəliklərin sayının artmasına səbəb olur».
PREZİDENT SEÇKİLƏRİNDƏ 87 ÖLKƏDƏN MÜŞAHİDƏÇİ İŞTİRAK EDƏCƏK
İlkin məlumata görə, Azərbaycanda prezident seçkilərini 87 ölkədən 34 təşkilatın nümayəndələri müşahidə edəcək.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, ilkin məlumata əsasən, prezident seçkilərində beynəlxalq müşahidə missiyasını həyata keçirəcək şəxslərin sayı 1012 nəfərdir:
M. Pənahov

M. Pənahov

«MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayı 4590, dairə seçki komissiyalarında akkreditə olunan müşahidəçilər isə 29 124 nəfərdi».
O, MSK-nın seçkilərlə bağlı maarifləndirmə proqramı çərçivəsində tədbirlərin davam etdirildiyini də söyləyib: «Artıq aşağı seçki komissiyaları ilə bağlı treninqlər yekunlaşmaq üzrədir».
LİDERLƏR MİTİNQƏ YÜKSƏK QİYMƏT VERDİ
«Azadlıq» qəzeti yazır ki, «Milli Şuranın dünənki mitinqi yüksək səviyyədə keçib. AXCP sədri Əli Kərimli vurğuladı ki, Cəmil Həsənlinin debatlarda səsləndirdiyi fikirləri xalq dəstəkləyir. Məhz buna görə də Cəmil Həsənlinin mitinqləri belə çoşqu ilə, kütləvi şəkildə, məhəbbətlə keçir. Mitinqlərin hər birində hiss olunur ki, Cəmil Həsənli daha çox xalqın namizədinə çevrilir, tərəfdarları artır. Müsavat başqanı İsa Qəmbər isə deyir ki, budəfəki mitinq 22 sentyabrdan daha çoşqulu, daha izdihamlı alındı. Mitinq həm iştirakçılarının sayı, həm də insanların əhval-ruhiyyəsi baxımdan fərqli idi. Baş verənlər proseslərin artan xətlə getdiyini göstərir».
Cəmil Həsənlinin seçicilərlə görüş mitinqi

Cəmil Həsənlinin seçicilərlə görüş mitinqi

«MÜXALİFƏTİN MİTİNQİNƏ 2 DƏFƏ AZ ADAM GƏLİB»
«Dünənki mitinqə çox az adam gəlmişdi. Mitinqdə səsləndirilmiş fikirlər insanlara heç bir təsir etmirdi və oraya toplaşmış insanların yavaş-yavaş dağılışdığını görürdük».
Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib.
«Yeni Azərbaycan» qəzeti Mübariz Qurbanlının fikirlərini dərc edib. M. Qurbanlı mitinqdə iştirak edənlərin sayı ilə bağlı da bildirib ki, orada 500 nəfər insan iştirak edib:
«Müxalifətin bu dəfəki mitinqində 500 nəfər tərəfdar iştirak edirdi. Orada tərəfdarlarla yanaşı, tamaşaçı, jurnalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və digər kateqoriyadan olan insanlar iştirak edirdi. Bütövlükdə, müxalifətin budəfəki mitinqində ötən dəfəkindən 2 dəfə az tərəfdar iştirak edirdi».
«10 İL ƏRZİNDƏ İQTİSADİYYATIMIZ 3,4 DƏFƏ ARTIB»
«Keçən 10 il ərzində iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu da dünyada misli görünməmiş nəticədi».
«Azərbaycan» qəzeti yazır ki, bunu sentyabrın 28-də Şabranda çıxış edən prezident İlham Əliyev deyib.
Prezident deyib ki, «keçən 10 il ərzində iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu da dünyada misli görünməmiş nəticədir. Son 10 il ərzində sosial məsələlər öz həllini tapıb, 500-ə yaxın xəstəxana, 3 minə qədər məktəb, 9 dəfə artan pensiya, 6 dəfə artan orta əməkhaqqı, infrastruktur layihələri, investisiyalar. Demək olar ki, ölkəmiz
S. Novruzov

S. Novruzov

böyük dərəcədə qabağa gedib və güclənib. Ancaq növbəti 10 il ərzində biz öz inkişafımızı daha çox qeyri-neft sektorunun hesabına təmin edəcəyik. Belə olan halda son illərdə infrastruktura qoyulan xərclər, dövlət investisiyaları gözəl bir şərait yaradır və növbəti illərdə daxili investisiyalar xarici investisiyalardan daha artıq olacaq».
SEÇKİ QURTARANDA HƏR ŞEY YERİNİ ALACAQ
Bunu Media Forum saytına müsahibəsində YAP-dan prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov saytın «Belə fikirlər var ki, seçkidən sonra ölkədə repressiyalar ola, hakimiyyəti tənqid edənlərdən qisas alına bilər. Bu fikirlərlə razısınızmı» sualına belə cavab verib: «Xeyr, ola bilməz. Seçki vaxtı insanların çoxu coşub-daşır. Kənardan da bir az həvəsləndirəndə özünü tamamilə başqa cür hiss edir. Ona görə də ağlına nə gəldi danışır, ağına-bozuna baxmır. Seçki qurtaranda hər şey yerini alacaq. Heç bir repressiya və təzyiq olası deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG