Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:15

Cəmil Həsənli Mingəçevirdə seçicilərlə görüşüb


-
“Sentyabrın 29-da Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mingəçevirdə seçicilərlə görüşü vaxtı bir neçə nəfər görüşü pozmaq istədi. Ancaq zaldakı abu-hava onların niyyətini həyata keçirməyə imkan vermədi”.

Bu haqda AzadlıqRadiosuna Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gözəl Bayramlı məlumat verib.

Gözəl Bayramlı deyib ki, görüş şəhərdən kənar Energetika Klubunda olub.

“Görüş vaxtı öyrədilmiş bir neçə qadın yerdən hay-küy salmaq istədilər. Cəmil Həsənli çıxış edib qurtarandan sonra qadınlardan biri tribunaya qalxmaq istədi, mühafizəçiləri təhqir elədi. Hətta polislər də onu zaldan çıxarda bilmirdi. Onlar kənardan gətirilmiş, öyrədilmiş adamlar idi. Çünki onları şəhər camaatı tanımırdı”.

Gözəl Bayramlı deyib ki, Cəmil Həsənli bu günkü görüşdə seçicilərə vədlərindən, müəllimlərin, həkimlərin sosial vəziyyətini yaxşılaşdıracağından danışıb. “Maaşlar nəylə artırılacaq sualına cavab olaraq dedi ki, hakimiyyətdəki hər bir oliqarxı silkələsən maaşları, pensiyaları bir neçə də dəfə artırmaq üçün pullar tökülər”.

Görüş 500 nəfərlik zalda keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG