Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

E. Məmmədyarov BMT-də çıxış edib


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-
«20 il bundan öncə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib».
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasının Ümumi Müzakirələrində çıxışında bildirib.
Elmar Məmmədyarov deyib ki, bu qətnamələr göstərir ki, Azərbaycana qarşı hərbi güc əməlləri törədilib və bu kimi əməllər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Elmar Məmmədyarovun sözlərinə görə, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi Təhlükəsizlik Şurasının qəti tələbləri hələ də icra olunmayıb. ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri isə nəticə verməyib:

«Bunun müqabilində Azərbaycana qarşı davam edən təcavüzün səbəb olduğu əsas problemlərin təcili həllindən beynəlxalq birliyin diqqətini yayındırmaq məqsədilə Ermənistan tərəfindən mövcud vəziyyətin təhrif edilməsi istiqamətində addımlar atılır, TŞ-nın qətnamələrinin əhəmiyyəti aşağı salınır və onların müddəaları təhrif olunur».

«HEÇ ŞÜBHƏ ETMİRİK Kİ...»
Azərbaycan XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olub, var və olacaq:

«Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köçkünlərin ayrılmaz hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır».
Elmar Məmmədyarov deyib ki, Azərbaycanın münaqişənin həll olunması prosesinə başlayıb: “Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlı və ləyaqətli şəkildə Azərbaycanın bu regionunda yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi vacib və həyati əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk”.
Məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG