Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03
-
İndoneziyada keçirilən Miss World 2013 yarışmasının qalibi filippinli Megan Young olub. O dünyanın 180 ölkəsindən olan rəqiblərini üstələyib.
İkinci yeri Fransadan olan Marine Lorphelin (20), üçüncü yeri isə Qana təmsilçisi Garranzar Naa Okailey Shooter (22) qazanıb.
Birincilik tacını keçən ilin dünya gözəli olmuş çinli Yu Venshiadan alan Young sevincini “Ən yaxşı dünya gözəli olacağıma söz verirəm” sözləri ilə ifadə edib.
23 yaşlı Megan ABŞ-da doğulub. 10 yaşı olanda ailəsi ilə Fillippinə köçüb. Amerika və Fillippin seriallarında oynayıb.
Müsabiqənin islami dəyərlərə ziyan vuracağı xəbərdarlığına görə yarışma paytaxt Cakartada yox, Bali Adasında keçirilib.
Yarışma güclü təhlükəsizlik tədbirləri altında keçirilib. Etirazlara görə, müsabiqədən çimərlik paltarında yürüş bölməsi çıxarılıb.
XS
SM
MD
LG