Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:19

6-cı teledebat da ittihamsız ötüşmədi [Video]


-

Sentyabrın 28-də prezidentliyə namizədlərin İctimai Televiziyada sayca 6-cı dəyirmi masası keçirilib.

İqbal Ağazadə: «Bütün Azərbaycan xanımlarına müraciət edirəm - bu həyat sizi qane edirsə, bu hakimiyyəti yenidən seçin, yox, siz bu hakimiyyəti istəmirsinizsə, onu dəyişin. Əli Əhmədov ötən debatda dedi ki, dəyişməyək. Mən Qarabağsızlığı Qarabağlılığa dəyişməyi deyirəm. Sizcə bunu dəyişməməliyikmi? Mən qaçqınlara deyirəm - bu ölkəni yurdumuza qayıtmaqla dəyişək. Bunu dəyişməyəkmi? Dəyişən hakimiyyətlər təbii stabillik vəd edir. Azərbaycanda dəyişiklik olacaq və bundan heç kim qorxmasın».

İlyas İsmayılovun vəkili Mais Gülalıyev: «Dağlıq Qarabağ problemi gələcək üçün təhlükələr vəd edir. Bu hakimiyyət və özünü «radikal müxalifət» adlandıranlar Qarabağ problemini həll edən deyil. Dağlıq Qarabağ problemini həll edəcək şəxs yalnız İlyas İsmayılovdur».

Hafiz Hacıyev: «Bu insanlar baş qaxıncıdır. Cəmil Həsənli min nəfər qarşısında elə danışdı ki, dedim yəqin ölkə batıb, çölə baxdım, dedim bəlkə zəlzələ olub. Gedin başınızı başqa yerdə işə qatın, kitabxanaya gedin. Bir iki gənci çıxarıblar, onlara kimlər rədd olsun dedizdirirlər. Belə olmaz».

Sərdar Məmmədov (Cəlaloğlu): «Qarabağın keçmiş hakimiyyət tərəfindən verilməsi barədə deyilən fikir milli mənafeyimizə ziddir və ləyaqətsiz mövqedir. Azərbaycan torpaqlarını erməni-rus qüvvələri işğal edib və arxasında da onlar dayanır».

Araz Əlizadə: «Cəmil Həsənlinin ətrafına baxanda «Əyri güzgülər» yadıma düşür. Deyirlər büdcədən təhsilə xərcləri 40 faiz artıracaqlar, amma müəllimin maaşını 3 faiz. Bu necə olacaq? Yoxsa müəllimlərə deyiləcək rüşvət alsınlar?».

Qüdrət Həsənquliyev: «Cəmil Həsənli məni «intellektsiz» adlandırdı. Mən ona cavab olaraq Naxçıvanda orta məktəbdə olimpiyada nailiyyət qazandığımı sübut edən sənədləri göstərirəm. Sizə Əli Əhmədov sual verdi ki, 3-cü dərəcəli əlil kimi pensiya alırsınız. Bunu mən dartışmıram. Gərək Milli Şurada sizin namizədliyinizi irəli sürəndə bunu öz ətrafınıza deyəydiniz. Siz onları da aldatmısınız, gör prezident seçkilərində xalqdan nələri gizlədəcəksiniz».

Cəmil Həsənli: «Burda bu adamların dediyi boş və böhtandır. Kənddə doğulanlar bununla fəxr edir. Şəhərdə və ya kənddə adam kimi doğulub sonra heyvana çevrilmək ayıbdır».

Zahid Oruc: «Cəmil Həsənli, bu ölkədə 1 milyon 300 min avtomobil var. Siz isə deyirsiz ki, ölkə inkişaf etməyib. Şəxsi avtomobili olanlar sizin mitinqə gəlmir».

Siyavuş Novruz: «Görün bunların professoru budursa, o biriləri nə gündədir. Siz bu günə qədər bu hökumətə, nazirlərə mədhiyyələr etmisiniz, bu, riyakarlıqdır».

Hafiz Hacıyev: «Mən gələcəyin prezidentiyəm. Mənə yoldaşlar dedilər ki, sən - Cəmil Həsənli öz kəndinizdə ən böyük at oğrusu olmusan. Bizdə faktlar var, onu çıxara bilərik. Sən özünü burda apara bilmirsən. Sən istəyirsən mən səni döyəm, amma bunu mən etməyəcəm, səni elə Allah vurub».

Araz Əlizadə: «Cəmil Həsənli təhqirə keçdi. Mən Bakıda böyümüşəm. Amma heyvana gələndə, mən deyim ki, meymun baxar güzgüyə, adını qoyar özgəyə».

Cəmil Həsənli: «Bu adamların çoxu parlamentdə mənim yanımda oturublar. Parlamentin tribunasından demişəm ki, ya İlham Əliyev korrupsiyaya qarşı mübarizə aparmalıdır, aparmırsa, özü də korrupsiyanın içərisindədir. Təəssüf ki, mənim bu sözüm düz çıxdı, məlum oldu ki, korrupsiyanın başında İlham Əliyev dayanır. Baxın, bunlar Belarusa 1 faizlə kredit verirlər, amma vətəndaşlara 30 faizlə verirlər. Niyə belə yüksək faiz var? Ona görə ki, o bankların əksəriyyəti İlham Əliyev ailəsinə məxsusdur».

Zahid Oruc: «Ən dəhşət mənən kor olmaqdır. Mən Cəmil Həsənli kimi şer deməyəcəm, bir gülün açmasının qarşısını ala bilərsiniz, amma yazın gəlişinin qarşısını almaq mümkün deyil».

Siyavuş Novruzov: «Ləyaqətdən ləyaqətli adam danışa bilər. Cəmil Həsənli, haqdan-ədalətdən danışırsan. Sən Milli Məclisdə növbələrin üstünə çıxıb ev almısan».

Cəmil Həsənli: «Yazıb qoyublar qabağına, bilmədiyin şeydən danışma».

Araz Əlizadə: «Keçinin ölümü çatanda, o buynuzunu çobanın çomağına sürtər».

Qüdrət Həsənquliyev: «Biz Qarabağ məsələsini dinc yola həll edə bilməyəcəyik. Ya biz Rusiya ilə dil tapmalıyıq, Azərbaycan Gömrük İttifaqına daxil olmalıdır...(burda vaxtı bitdi).

Şərhləri göstər

XS
SM
MD
LG