Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:27

Quba hadisələri ilə bağlı saxlananlardan 2-si azadlığa buraxılıb


-
Quba hadisələrinə görə həbs olunmuş Habil Əliyev ilə Səfər Qəribov sentyabrın 27-də azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Habil Əliyevin özü məlumat verib.

3-cü qrup Qarabağ əlili Habil Əliyev ötən il iyunun 15-də həbs olunaraq Quba hadisələrində iştiraka görə Cinayət Məcəlləsinin beş maddəsi ilə təqsirləndirilib.

O, dekabrın 12-də 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səfər Qəribov da eyni ittihamlarla 5 il həbs cəzası almışdı.

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiyaçılar Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik sayıblar. Hadisələrdən bir neçə gün əvvəl isə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının videosu yayılıb.

Martın 2-də prezident Rauf Həbibovu vəzifəsindən azad edilib.

Quba hadisələri ilə bağlı rayon məhkəməsində ayrı-ayrılıqda 3 qrupda 30-a yaxın şəxsin məhkəməsi olub. Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham olunan həmin şəxslərə müxtəlif müddətlərə həbs cəzası verilib.

Hazırda Quba hadisələrinə görə 8 nəfər həbsdədir.
XS
SM
MD
LG