Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:20

Yunanıstanda deputatlar həbs edilib


-
Yunanıstan parlamentinin deputatı, ultrasağçı “Qızıl Şəfəq” partiyasının lideri Nikos Mikaloliakos həbs edilib. Deputatın həbsi onun kriminal təşkilata bağlılığı ilə əlaqəlirilir.

Bundan başqa daha 5 deputatın həbsinə order və onlarla partiya üzvünün isə axtarışa verildiyi bildirilir.

Neonasist partiyasının üzvləri bu günlərdə öldürülən 34 yaşlı antifaşist, musiqiçi Pavlos Fissasin ölümündə şübhəli bilinirlər.

Musiqiçinin öldürlməsi ilə bağlı ölkənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilib. Sentyabrın 24-də paytaxt Afinada həmkarların və siyasi partiyaların təşkil etdiyi antifaşist marşında 10 min adamın iştirak edib.

2012-ci ildə keçirilən seçkilərdə “Qızıl Şəfəq” partiyası parlamentdə 18 yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG