Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:04

BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib


-
BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə yekdilliklə qəbul edilib.

Bu barədə AzadlıqRadiosunun Nyu Yorkdakı müxbiri məlumat verir.

Qətnaməyə görə, Suriya kimyəvi silah ehtiyatlarından və istehsalından imtina etməlidir.

Məlumatda bildirilir ki, qətnamədə Dəməşqin bu öhdəlikləri yerinə yetirməyəcəyi halda hansı addımlar atılacağı müəyyən edilməyib.

Sadəcə bu halda nəzərdə BMT Nizamnaməsinin 7-ci maddəsi var.

Qətnamədə həmçinin Suriya münaqişəsinin siyasi yolla həlli variantının axtarılmasına çağırış var.

Günün bütün mövzuları

XS
SM
MD
LG