Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

Seçki bülletenlərinin çapına başlanıb


-
Prezident seçkiləri ilə bağlı sentyabrın 28-dən Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çap olunması prosesinə start verilib.

APA-nın məlumatına görə, prosesin başlanması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbəədə olub.

MSK sədri jurnalistlərə bildirib ki, ümumilikdə 5 milyon 149 min 255 bülleten çap olunacaq. Çap olunmuş bülletenlər Dairə Seçki komissiyalarına sentyabrın 30-da təhvil veriləcək.

Bülletenlərin çap olunma prosesinə beynəlxalq müşahidəçilər də nəzarətçi kimi dəvət olunduğu və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət olunduğu bildirilir.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. İndiki dövlət başçısı da daxil olmaqla prezidentlik uğrunda 10 nəfər mübarizə aparır.
XS
SM
MD
LG