Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:08

Həmsədrlər Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüblər


-
ATƏT-in Minsk Qrupunun həmsədrləri James Warlick (ABŞ), Igor Popov (Rusiya), Jacques Faure (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüblər.

apa-nın xəbərinə görə, bu haqda ATƏT-in yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı müzakirələr aparılıb. Həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıblar.

Onlar həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkənin prezidentlərinin 18 iyun 2013 il tarixli bəyanatını xatırlayıblar. Həmin bəyanatda tərəflər bölgədə gərginliyi artıra və münaqişəni alovlandıra biləcək istənilən addımlardan çəkinməyə çağırılır.

Öz növbəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin nizamlanması üçün həmsədrlərlə işi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG