Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:23

ABŞ və İran arasında tarixi hadisə


Rouhani və Obama
Rouhani və Obama
Cümə günü Bakı vaxtılə axşam saatlarında ABŞ və İran prezidentləri arasında telefon danışığı olub. Xəbəri mətbuat konfransında Barack Obama təsdiqləyib.

1979-cu il İrandakı islam inqilabından bəri ilk dəfədir ki, 2 ölkə başcısı bir-birilə danışırlar.

İRNA agentliyi xəbər verir ki, telefon söhbəti İran prezidenti Nyu York hava limanına gedərkən, maşında baş tutub.

Mətbuat konfransında Obama deyib ki, İranla Amerika arasında nüvə proqramı ilə bağlı razılığın əldə olunacağına inanır.

- Asan olmayacaq, lakin inanıram ki, biz məsələnin əsaslı həllinə nail olacağıq, - deyə Barack Obama qeyd edib.

İranın nüvə proqramları bu ölkə ilə Qərb arasında gərginliyin əsas səbəbidir. Hassan Rouhani prezident seçiləndən sonra onun Qərbə qarşı daha mülayim siyasət yürüdəcəyi gözlənilirdi.
Hassan Rouhani atom proqramları ilə bağlı danışıqlara hazır olduğunu bəyan edəndən sonra, BMT-nin sessiyasında onun Obama ilə görüşəcəyi haqda proqnozlar da verilmiş, lakin belə bir tarixi görüş baş verməmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG