Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Londonda əsgəri öldüməkdə şübhəli bilinənlər günahı boyunlarına almırlar


Michael Adebolajo
Michael Adebolajo
-
Londonda əsgəri öldürməkdə şübhəli bilinən 2 nəfər günahı boyunlarına almayıblar.

28 yaşlı Michael Adebolajo və 22 yaşlı Michael Adebowale Londonda keçirilən bugünkü prosesdə polisi öldürməyə cəhdlə bağlı ittihamı da rədd ediblər.

25 yaşlı əsgər Lee Rigby mayın 22-də şəhərin Vuliç rayonunda 2 nəfər tərəfindən bıçaqla qətlə yetirilib.Hadisə yerinə gələn polislər hücumla üzləşdiklərindən atəş açmalı olublar.Hücum edənlərdən biri yaralanıb.

Növbəti məhkəmə prosesi noyabrın 17-nə təyin edilib.
XS
SM
MD
LG