Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

DİN Oqtay Gülalıyevin oğlu ilə bağlı məsələyə aydınlıq gətirdi


Orxan Mansurzadə

Orxan Mansurzadə

-
«Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin öz evində polis əməkdaşları tərəfindən təzyiqə və basqına məruz qalması haqqında yayılmış məlumatlar qərəzlidir və həqiqətəuyğun deyil».

Bunu Trend-ə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib:

«Polis əməkdaşları həmin ünvana yalnız öz qanuni vəzifələrini yerinə yetirmək məqsədilə və Əli Gülalıyevin valideynlərini öncədən xəbərdar etməklə gediblər».

Oqtay Gülalıyev sentyabrın 26-da evinə basqın edildiyini, polislərin oğlu Əlinin köməksiz vəziyyətindən istifadə edərək zorla ifadə almağa çalışdıqlarını, Babək adlı şəxs tərəfindən döyüldüyünü bildirib.



Orxan Mansurzadə isə bu məsələnin siyasiləşdirməyə cəhd göstərildiyini düşünür:

«Əlinin döyülməsi və xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olan kimi hadisə yerinə əməliyyat qrupu göndərilib, təhqiqat aparılıb, bütün tərəflərin izahatları alınıb. Sonra cinayət tərkibi olduğuna görə faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb».

DİN rəsmisi işi aparan müstəntiqin bir neçə polis əməkdaşı ilə sentyabrın 26-da evə getdiklərini deyib:

«Lakin xidməti vəzifələrinin icrası məqsədilə həmin ünvana getmiş polis əməkdaşları burada onlara məlum olmayan səbəblərdən anlaşılmazlıqla qarşılaşıb. Əli Gülalıyevin ifadə verməsinin faktiki əngəllənməsinin, məsələnin süni surətdə şişirdilərək ona siyasi don geyindirilməsinin şahidi olublar».

Orxan Mansurzadənin dediyinə görə, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məsələyə də, valideynlərin iddialarına da istintaqın sonunda hüquqi qiymət veriləcək.
XS
SM
MD
LG