Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:04

İranla danışıqların əməli olduğu bildirilir


Herman Nackaerts
Herman Nackaerts
BMT-nin beynəlxalq atom enerjisi agentliyi cümə günü İranın nüvə proqramı ilə bağlı Tehranla keçirilən görüşün əməli olduğunu bəyan edib.Agentliyin direktor müavini Herman Nackaerts növbəti görüşün oktyabrın 28-nə təyin edildiyini deyir.

Danışıqlarda İranı təmsil edən xarici işlər naziri Reza Najafi bildirib ki, məqsəd mümkün qədər tez razılığa gəlməkdir.

Danışıqlarda ABŞ,Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İranın nümayəndələri iştirak edir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG