Hazırda həbsə olan keçmiş deputat Gülər Əhmədovanın məhkəmə prosesinə hazırlıq iclasının vaxtı təyin edilib.APA-nın məlumatına görə, hazırlıq iclası sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra saxlanıb.Fevralın 13-də onun barəsində həbs-qətimkan tədbiri seçilib.Bundan sonra həmin müddət iki dəfə uzadılıb.
Gülər Əhmədova özgənin külli miqdarda əmlakını ələ keçirmə, və ağır cinayəti gizlətməkdə ittiham olunur.