Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:34

MSK şikayətləri dinlədi və rədd etdi


Məzahir Pənahov
Məzahir Pənahov
-
Sentyabrın 27-də Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisi zamanı «exit-poll» aparacaq 3 təşkilatı qeydə alıb.

Bunlar Konstitusiya Araşdırmalar Fondu, «Rəy» Monitorinq Mərkəzi və «Proqnoz» Müstəqil Sosioloji Tədqiqat Mərkəzidir.

MSK şikayətləri də araşdırıb. Prezidentliyə namizəd Cəmil Həsənli quruma müraciət edərək fəaliyyətdə olan prezident İlham Əliyevin təşviqat başlamazdan öncə, hələ avqustda rəsmi və özəl televiziyalarda təbliğatının getdiyini bildirib. Amma MSK müraciətin gec – sentyabrın 25-də daxil olduğunu söyləməklə onu geri qaytarıb.

Cəmil Həsənlinin başqa bir şikayəti də olub, İctimai Televiziyanın ona ödənişli efir vaxtı verməmək üçün əngəllər yaratdığı bildirilib. MSK bununla bağlı sübutlar istəyib. Daha sonra İTV-dən quruma göndərilən məktub oxunub. Məktubda Cəmil Həsənlinin nümayəndələrinin onlara müraciət etmədikləri, bununla bağlı heç bir sənəd-sübut olmadığı deyilir.

Başqa bir prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin Ağstafada görüşü zamanı seçicilərin stadiona buraxılmaması, başqa süni əngəllər yaradılması haqda müraciəti də təmin edilməyib. MSK bununla bağlı qarşı tərəfin sübut təqdim etmədiyini bildirib.
XS
SM
MD
LG