Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:26
“Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə qərar sentyabrın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılıb.

Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.

Hilal Məmmdəov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Hakim hökmü oxuyarkən zaldakılar məhkəmənin ünvanına lənət yağdırmağa başlayıblar.
Hilal Məmmədov əfv üçün müraciət etməyəcəyini deyib. Vəkillər hökmün ədalətsiz olduğunu bildiriblər.

Hilal Məmmədov 2012-ci ilin iyununda həbs edilib. Məhkəmə bir neçə aydır davam edir.Dövlət ittihamçısı məhkəmədən Hilal Məmmədovu 6 il müddətinə azadlıqdan məhrum etməyi istəmişdi.

Məhkəməni Avropa İttifaqı, ATƏT, ABŞ, Almaniya, Fransa, Norveç səfirliyinin nümayəndələri müşahidə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG