Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01

Gələn həftədən Suriyanın kimyəvi silah arsenalı araşdırılacaq


Foto arxiv

Foto arxiv

Kimyəvi silahların qadağan edilməsi ilə bağlı təşkilatın ekspertləri çərşənbə axşamından Suriyanın kimyəvi silah arsenalını yoxlamağa başlayacaq.

Bu barədə Reuters agentliyi xəbər verir.Təşkilatın nümayəndələri bu gün axşam Haaqada tərksilah planını müzakirə edəcək və bu məsələylə bağlı səsvermə keçirəcəklər.

Qeyd edək ki, bu təklifi Suriyaya xaricdən hərbi müdaxilədən qaçmaq üçün Rusiya edib və Dəməşq onu qəbul edib.Təkliflə ABŞ-da razılaşıb.

BMT-nin təhlükəsialik şurası dünən Suriyadakı kimyəvi silahların ləğvi, onun şərtlərini müəyyən edən qətnamə layihəsində razılığa gəliblər. Sənəddə yalnız kimyəvi silah işlədən tərəfin ittiham edilməsi nəzərdə tutulur.

ABŞ və onun müttəfiqləri hesab edir ki, avqustun 21-də Dəməşq ətrafında gedən döyüşdə kimyəvi silah işlədilib və bunun arxasında hökumət qüvvələri durur. Suriya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG