Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:37
-

2013-cü ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verməkdir. Məqsəd turizm filmlərini təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir.

7 kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə I, II və III yerlərə layiq görülən filmlərə priz və pul mükafatları veriləcək. Festivalın ən yaxşı filmi Qran Pri mükafatı ilə təltif olunacaq.

Festivalın seçim komitəsinə 41 ölkədən 250 film daxil olub.

Filmlər kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.

Festivalın rəsmi sponsoru Garant Holding, sponsoru Nar Mobile, rəsmi tərəfdaş JW Marriot Absheron Baku Hotel, informasiya dəstəkçiləri İctimai TV, APA Agentliyi və day.az saytıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG