Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:45

Ermənistan Silahlı Qüvvələri hərbi təlimləri davam etdirir


-
Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir.

APA-nın məlumatına görə, rayonun ermənilərin işğalı altında olan “Şahbulaq” və “Uzundərə” adlanan ərazilərində güclü partlayış səsləri eşidilir.

İlkin ehtimala görə, Ermənistan Silahlı Qüvvələri hər il intensiv həyata keçirdikləri hərbi təlimləri davam etdirirlər. İşğalçılar təlimlərdə ağır texnika, iriçaplı silah və artilleriyadan istifadə edirlər.

Partlayış səsləri Ağcabədi, Bərdə və Tərtər rayonlarının Ağdama yaxın yaşayış məntəqələrində də eşidilir.

XS
SM
MD
LG