Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

Vyanada nüvə danışıqları başlayıb


-
Bu gün İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqları başlayıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, tərəflər arasında görüş Vyanada AEBA-nın mənzil-qərargahında keçirilir.

Danışıqlarda İran nümayəndə heyətinə bu ölkənin agentlikdəki yeni daimi nümayəndəsi, səfir Rza Nəcəfi rəhbərlik edir.

Qeyd edək ki, indiyədək İranla agentlik arasında aparılmış danışıqlar nəticəsiz başa çatıb və heç bir razılıq əldə olunmayıb. Tərəflər arasında əsas mübahisəli məsələlərdən biri Parçin hərbi sənaye kompleksidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG