Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:22

4 otelin işi dayandırılıb


-
Bu ilin yayında aparılan monitorinqlər zamanı Xaçmazda «Səyahət», Qubada «Dostluq», Mingəçevir və Astara rayonlarının hərəsində bir otelin lisenziyası ləğv edilib.

ANS-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söyləyib.

Onun dediyinə görə, 40 otelə xəbərdarlıq edilib:

«Ümid edirik ki, bu tövsiyələrdən sonra otellər düzgün nəticələr çıxaracaqlar. Biz dərk etməliyik ki, Azərbaycan turizminin inkişafı üçün peşəkar fəaliyyət göstərilməlidir».

Nazir əlavə edib ki, neqativ halların qarşısını almaq üçün monitorinqlər aparılır və yeni qanunvericiliyə uyğun olaraq nəzarət davam edəcək.

Azərbaycanda 516 otel fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG