Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09
-
Sentyabrın 26-da «Nizami» Kino Mərkəzində Xalq yazıçısı Elçinin «Mahmud və Məryəm» filminin premyerası olub.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbirdə «Azərbaycan qadını» jurnalının yay buraxılışı da təqdim edilib.

Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

«Mahmud və Məryəm» filmi romantik, dram janrında çəkilib.

Filmin rejissoru Mehmet Ada Öztekin, prodüseri isə Sevda Kayğısızdır.

Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir.

Türkiyənin «24 Kare» şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir.

Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır.

İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir.

Yeni ekran əsərində Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb.

Çəkilişlərinə Şəkidə başlanılan ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıb.

Təqdimat mərasimində filmdə rol alan aktyorlar və yaradıcı heyət səhnəyə dəvət olunub.

Filmin prodüseri Sevda Kayğısız, aktyorlardan Məlahət Abbasova, Fəxrəddin Manafov və başqaları çıxışlarında seçilən mövzunun çox aktual olduğunu və ekran əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılandığını bildiriblər.

«Mahmud və Məryəm»in 8 Avropa ölkəsində nümayişi nəzərdə tutulub.

Filmin İstanbul premyerası bu il Novruz Bayramı ərəfəsində olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG