Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:52

“ Azərbaycanda sümük iliyi nəql olunacaq”



Azərbaycanda sümük iliyi nəqlinə hazırlıq gedir.

Bunu səhiyyə nazirinin müavini Elsəvər Ağayev onlayn-konfransda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanın səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır.

Elsəvər Ağayev deyib ki, təkcə ötən il böyrək köçürmələrinin sayı 41, qaraciyər köçürmələrinin sayı 12 olub. Bu ilin 6 ayında 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb.

Nazir müavini “Trend”-in “Azərbaycanda ürək köçürülməsi nə zaman reallaşa bilər?” sualını da cavablandırıb.

O ölkədə ürək transplantasiyası əməliyyatını həyata keçirmək üçün hər cür şərait olduğunu söyləyib. Amma bildirib ki, ürək transplantasiyasının qarşısında duran ən böyük problem donor çatışmazlığıdır.

“Dünyada ürək transplantasiyası gözləyən xəstələrin cəmi 5% -nə donor tapıla bilir” deyən Elsevər Ağayev əlavə edib ki, həyatını itirənlərin yaxınları doğmalarının ürəyinin başqasına köçürülməsini istəmirlər.

Nazir müavini bunu da bildirib ki, donor çatışmazlığı probleminin həlli üçün ən əsas yol "süni ürək cihazlarının" köçürülməsidir.

“Bu ilin yanvarında respublikamızda ilk dəfə "süni ürək cihazının" köçürülməsi əməliyyatı Mərkəzi Klinikada uğurla həyata keçirilib. Xəstə artıq 8 aydır "süni ürək cihazı" ilə həyatına normal şəkildə davam edir”.
XS
SM
MD
LG