Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

5-ci teledebatda Gülər Əhmədovadan da danışdılar [Video]


-


«Cəmil Həsənli aldanmış kəvakibdir».

Bunu sentyabrın 26-da İctimai Televiziyada keçirilən ödənişsiz təşviqat çıxışında öz namizədliyini özü irəli sürmüş Zahid Oruc deyib.

YAP namizədi - İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov isə deyib ki, Azərbaycan iqtisadi sferada sürətlə inkişaf edir:

«1 milyon 200 min yeni iş yerləri açılıb. Orta əməkhaqqı 400 manatdan yuxarıdır. Pensiyalar isə 180 manatdır».

İQBAL AĞAZADƏ: «ÖLKƏDƏ İNFARKTIN RİSKİ 95 FAİZDİR»

Ümid Partiyasının namizədi İqbal Ağazadə isə səhiyyədəki problemlərdən danışıb:

«Biz hər gün qəfil ölümlərin sayının artığını izləyirik. İnfarktın riski 95 faizdir. Sadə vətəndaşlar müalicə üçün İrana, Türkiyəyə gedirlər».

İqbal Ağazadə seçicilərinə ailə həkimi institutu, məcburi tibbi sığorta, həkimlərə isə 1000 manat maaş vəd edib.

«MÜXALİFƏT SƏBATSIZDIR»

«Müxalifət səbatsızdır. Aydın proqramı yoxdur. Hakimiyyət isə güclü olduğu üçün dəyişiklik istəmir. Azərbaycan hakimiyyətinin gücü isə xalqda deyil, maliyyəsindədir».

Bunu prezidentliyə namizədliyi Ədalət Partiyasından irəli sürülmüş İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mayis Gülalıyev deyib.

HAFİZ HACIYEV: «KƏRİMOV ƏLİLƏR GƏNCƏDƏ QARIŞIQLIQ YARATMAQ İSTƏYİRLƏR»

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev deyib ki, «Kərimov Əlilər Gəncədə qarışıqlıq yaratmaq istəyirlər. Həsənli Cəmil yazığı ortaya salıblar. Yazıqdır, bu da yorulub. Bir gün bura Qəmbərov İsa gəlsin, Kərimov Əli gəlsin».

FƏRƏC QULİYEV: «QARABAĞ PROBLEMİNİ ÖZÜMÜZ HƏLL ETMƏLİYİK»

Milli Dirçəliş Hərəkat Partiyasından namizədliyi irəli sürülmüş Fərəc Quliyev Dağlıq Qarabağ problemindən danışıb: «Problemi özümüz həll etməliyik».

SƏRDAR MƏMMƏDOV: «İQTİDARIN ƏN KİÇİK MÜSBƏT ADDIMLARINI TƏDQİQ ETMƏLİYİK»

Namizədliyi ADP tərəfindən irəli sürülmüş Sərdar Məmmədov:

«Mənə sual verildi ki, niyə Milli Şura ilə bir yerdə deyilsiniz? Milli Şuradakı qüvvələr vaxtilə hakimiyyətdə olublar, onlar revanşist qüvvələrdir. Mən və İqbal Ağazadədə bu hiss yoxdur».

Sərdar Məmmədov deyib ki, iqtidarın ən kiçik müsbət addımlarını tədqiq etməliyik.

«MEYMUN BAXAR GÜZGÜYƏ, ADIN QOYAR ÖZGƏYƏ»…

Sosial Demokrat Partiyasının prezidentliyə namizədi Araz Əlizadə deyib ki, erməni mətbuatında və Milli Şuraya yaxın mətbuatda ona təzyiqlər artıb:

«Deyirlər ki, mən iqtidara işləyirəm. Anaların, müəllimlərin, hərbçilərin yüksək maaş alması sosial məsələ deyil? Deyirlər, Araz Əlizadə pulgirdir, qardaşı ilə pula görə küsüb. Meymun baxar güzgüyə, adın qoyar özgəyə».

Qüdrət Həsənquliyev isə deyib ki, Əli Kərimli parlamentin iclasına qatıldığı üçün Cəmil Həsənlini AXCP-dən çıxarıb:

«Özü isə heç nə olmamış kimi gedib oturdu parlamentdə».

Milli Şuranın namizədi Cəmil Həsənli seçicilərini sentyabrın 28-dəki görüşünə çağırıb. Deyib ki, burda 5-6 nəfər İlham Əliyevin vəkili kimi çıxış edir.

«İLHAM ƏLİYEVİN VƏKİLİ OLMAQ ŞƏRƏFLİDİR»

Zahid Oruc isə deyib ki, İlham Əliyevin vəkili olmaq şərəflidir, Cəmil Həsənlinin vəkili olmaq isə yox:

«Cəmil Həsənli, siz ən azı 6 il ulu öndəri ziyarət etmisiniz. O vaxt endirdiyiniz baş nə idi, indi qaldırdığınız baş nədir?».

Hafiz Hacıyev deyib ki, «mənim pullarım hesabına AXCP hakimiyyətə gəlib. Əyninizə şalvar tapmırdınız».

«HƏMİN GÜNDÜR Kİ, GÜLƏRQEYT İŞƏ BAŞLADI»

Cəmil Həsənli yenidən 48 milyard məsələsinə toxunub:

«Əli Əhmədov iki debata gəlmirdi, ümid edirdim ki, yəqin Əliyev ailəsinin Azərbaycandan çıxardığı 48 milyard vəsaitin materiallarını toplayıb gətirəcək. Bu millətə izah edəcək. Ancaq təəssüf ki, bunu görmədik. Ona görə də yeni bir məsələni qaldırıram. Bu gün sentyabr ayının 26-dır. Həmin gündür ki, «Gülərqeyt» işə başladı. Diqqət yetirin, rüşvəti alan da YAP üzvüdür, verən də. Bir partiya, bir partiyanın sədri mandat alveri ilə məşğul olursa, onların nə mənəvi haqqı var ki, bu gün yenidən prezidentliyə iddia edirlər? Konstitusiyaya görə ən ağır cinayət siyasi postları satmaqdan ibarətdir. Faktlar açıldı ki, Yeni Azərbaycan Partiyası və İlham Əliyev parlament yerlərini siyahı ilə ya peşkəş verir, ya da satır».

ƏLİ ƏHMƏDOV: «GÜLƏR MƏHKƏMƏ QARŞISINDA CAVAB VERMƏYƏ HAZIRLANIR»

Əli Əhmədov isə Cəmil Həsənlini yalan danışmaqda ittiham edib:

«Sizin hüquq-mühafizə orqanları qarşısında cavab verməyinizə çox az qalıb. Siz xarici mətbuatda yazılmış yalanları Azərbaycan cəmiyyətinə çatdırmaqla məşğulsunuz. Bu isə cinayətdir. Hesab edirəm ki, siz bu cinayətə görə cavab verəcəksiniz. Azərbaycanda 48 milyard pulun çıxarılması sadəcə mümkün deyil. Ona görə ki, Azərbaycanda bu qədər pul yoxdur. O ki qaldı «Gülərqeyt» dediyiniz məsələyə, Azərbaycanda hüququn aliliyi təmin olunur. Dələduzluq üzərində «Gülərqeyt», Gülər məhkəmə qarşısında cavab verməyə hazırlanır».

«İLHAM ƏLİYEV BU RESPUBLİKANI HOLDINQ KİMİ İDARƏ EDİR»

Cəmil Həsənli deyib ki, Azərbaycan bir neçə tərəfindən icarəyə götürülmüş əraziyə çevrilib:

«Bu ölkədə bir baş monopolist var – o da İlham Əliyevdir. İlham Əliyev bu respublikanı holdinq kimi idarə edir».

«İSTƏYİRLƏR Kİ, BUNU MƏNƏ ÖLDÜRTDÜRSÜNLƏR?»

Hafiz Hacıyev isə sonda deyib ki, Cəmil Həsənli onları provokasiyaya çəkir:

«Onu hazırlayıb bura göndəriblər. İstəyirlər ki, bunu mənə öldürtdürsünlər?».

Şərhləri göstər

XS
SM
MD
LG