Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:01

Rusiya sərhədçiləri erməni deputatın maşınında axtarış aparıblar


Zaruhi Postanjian

Zaruhi Postanjian

-
Ermənistan parlamentinin müxalifətdə olan “İrs” partiyasından deputatı Zaruhi Postanjian AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Rusiya sərhədçiləri Yerevan-Meğri yolunda onun maşının saxlayaraq qanunsuz axtarış aparıblar. Sərhədçilər yaranan mübahisəni çəkən partiya üzvlərinin əlindən alaraq kameranı da sındırıblar.

Deputatın dediyinə görə sərhədçilər əvvəlcə axtarış üçün heç bir səbəb göstərməyiblər, amma sonradan bildiriblər ki, qaçmış bir adamı axtarırlar.

“İrs” partiyasının təmsilçiləri bu hadisə ilə bağlı polisə müraciət ediblər.

Hadisənin baş verdiyi ərazidə parlamentə əlavə seçkilər keçirilir. Deputat mandatı uğrunda mübarizəyə hakim partiya ilə yanaşı “İrs” partiyasının təmsilçisi də qoşulub.

“İrs” yaydığı bəyanatında baş verən hadisəni “ölkə daxilindəki siyasi proseslərə xaricdən müdaxilə” kimi qiymətləndirir: “Biz Rusiya və Ermənistan hakimiyyətindən bu hadisəyə görə üzr istməyi, hüquq mühafizə orqanlarından isə məsələni araşdırıb günahkarları cəzalandırmağı tələb edirik” – deyə bəyanatda bildirilir.

Moskva ilə Yerevan arasında razılaşmaya görə Ermənistanın dövlət sərhədlərini Rusiya hərbçiləri qoruyur.

Hələlik bu hadisəylə bağlı rəsmilərdən hər hansı reaksiya yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG