Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:11

Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradıla bilər


Mikayıl Cabbarov
Mikayıl Cabbarov
Azərbaycanda Təhsilin İnkişafı Fondunun yaradılması nəzərdə tutulur.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışında deyib.Azərbaycanda məktəblərin kompüterlə təminatı məsələsindən danışan nazir qeyd edib ki, təhsildə informasiya texnologiyalarının tətbiqi geniş imkanlar yaradır:

“Azərbaycanın təhsil sistemi internetə qoşulan iri bir şəbəkədir. Respublikada 1695 məktəb yüksək sürətli internetə qoşulub. Təhsildə informasiya texnologiyalarının tətbiqi geniş imkanlar yaradır. Lakin bu sahədə müəyyən nöqsanlar da var. Belə ki, bütün məktəblərdə kompüterlər var, amma internetə qoşulmayıblar. Onların hər birinin internetə qoşulması təmin edilməlidir”.
XS
SM
MD
LG