Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

İran prezidenti İsraili nüvə silahlarının yayılmaması ilə bağlı müqaviləyə qoşulmağa çağırıb


 Hassan Rohani
Hassan Rohani
İran prezidenti Hassan Rohani deyib ki, heç bir ölkədə nüvə silahı olmamalıdır.O İsraili nüvə silahlarının yayılmaması ilə bağlı müqaviləyə qoşulmağa çağırıb.O BMT-nin Baş Assambleyasında bu məsələyə həsr edilmiş görüşdə deyib ki,İsrail güman edildiyi nüvə silahlarını beynəlxalq nəzarətə verməlidir.

İsrail onda nüvə silahı olduğunu heç vaxt rəsmi şəkildə etiraf eləməyib.

Təhlüksialik şurasının 5 daimi üzvü və Almaniya sentyabrın 26-da bu məsələylə bağlı İranla müzakirələr aparacaq.Bu görüşdə İranın xarici işlər naziri Javad Zarif və ABŞ dövlət katibi John Kerry də iştirak edəcək.

ABŞ prezidenti Barack Obama BMT-nin baş assambleyasında çıxış edərkən bildirib ki, Vaşinqton İranın diplomatik həllə hazır olmasını araşdırmaq istəyir.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu bildirir.
XS
SM
MD
LG