Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:16

Müəllimlərin maaşı artırıla bilər


Mikayıl Cabbarov
Mikayıl Cabbarov
“Azərbaycanda müəllimlərin maaşları artırılmalıdır. Lakin bunun nə qədər yox, necə edilməsi əsasdır”.APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışında deyib.

O bildirib ki, maaşların artırılması ilə bağlı əsas məsələ məktəb direktorları ilə bağlıdır: “Onlar müəllimlər qədər maaş alırlar, amma üzərlərində çox böyük yük var. 2000 şagirdi olan məktəbin direktoru da, daha az şagirdi olan məktəb direktoru da eyni maaşı alır. Bu isə düzgün deyil. Görünür, bizim ödəmə sistemində bir problem var. Biz tərkibində müəyyən çatışmazlıq olan sistemi daha da çətinləşdirmək istəmirik. Nazirlik bu istiqamətdə müvafiq qurumlarla işlər aparılır. Düşünürük ki, bu sahədə gələcəkdə uğur qazanacağıq. Mövcud sistemdə hansısa yeniliklərə nail olmaq istəyiriksə, qarşıda gözlənilən bütün məsələlər əvvəldən nəzərə alınmalıdır”.
XS
SM
MD
LG