Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:04

ATƏT-in müşahidə missiyası Naxçıvanda görüşlər keçirib...


Tana de Zulueta
Tana de Zulueta
-
ATƏT-in müşahidə missiyasının nümayəndə heyəti sentyabrın 25-də Naxçıvanda bir sıra görüşlər keçirib.

Müşahidə missiyasının nümayəndəsi ilə görüşənlər arasında yerli müxalifət də olub.

AXCP yerli təşkilatının sədri Yaşar Bağırsoyun məlumatına görə, Müsavat, VHP və Ümid partiyalarının nümayəndələrinin iştirak etdiyi bu görüşdə əsasən Naxçıvandakı seçki mühiti müzakirə olunub:

«Nümayəndə heyətinə ATƏT-in müşahidə missiyasının rəhbəri Tana de Zulueta başçılıq edirdi. Bir sıra məsələlərə toxunduq. Əsas müzakirə mövzusu isə seçkilər ilə bağlı idi. Biz qarşılaşdığımız bəzi qanunsuz müdaxilələr haqqında məlumat verdik. Naxçıvanda Milli Şuranın namizədi Cəmil Həsənliyə aid plakatların təşviqat lövhələrinin əksəriyyətindən yığışdırılması narahatlıq doğuran məsələ kimi qeyd olundu».

Tana de Zulueta-nın başçılıq etdiyi nümayəndə heyəti həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla da görüşüb.

«Şərq Qapısı» qəzetinin məlumatına görə, Vasif Talıbov Naxçıvanda müşahidəçilərin fəaliyyətinin təmin olunduğunu qonaqların diqqətinə çatdırıb. Tana de Zulueta, öz növbəsində, Naxçıvanda müşahidəçilər üçün yaradılan şəraitdən razılığını bildirib.
XS
SM
MD
LG