Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:35

Gənc fəalın şikayəti təmin olunmadı


-
Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində «Nida» Vətəndaş Hərəkatının üzvü Üzeyir Məmmədlinin həbs müddətinin artırılmasından şikayətə baxılıb.

Şikayət təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Xəbəri onun vəkili Yalçın İmanov verib.

Üzeyir Məmmədli martın 30-da həbs edilib. O, partlayıcı maddələr əldə etmə, saxlama və zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkilinə cəhddə günahlandırır.

Nəsimi rayon Məhkəməsi sentyabrın 18-də həbs-qətimkan tədbirini noyabrın 30-na kimi uzadıb.

Müdafiə tərəfi ittihamı siyasi sifariş sayır.
XS
SM
MD
LG