Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

E. Məmmədyarov ABŞ-dakı yəhudi icmasının nümayəndələri ilə görüşüb



Sentyabrın 26-da Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-dakı yəhudi icmasının və təşkilatlarının nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycanda etnik və dini zəmində tarixən mövcud olan tolerantlıq və bütün dini icmaların nümayəndələri üçün yaradılmış şərait müzakirə edilib.

Azərbaycanın İsrail ilə əlaqələri və Yaxın Şərqdəki vəziyyət barəsində fikir mübadiləsi aparılıb.

Xəbəri Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG