Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52
Beynəlxalq Böhran Qrupu (BBQ) “Ermənistan və Azərbaycan: Risklər mövsümü” adlı hesabat yayıb.

Hesabatda deyilir:

“Azərbaycanla Ermənistan arasında seyrək, ancaq zorakı qarşıdurma yüksək həssaslıq dövrünə qədəm qoyub.”

““Blitskriq”(yəni, qısa müddətli qalibiyyətli müharibə), “qabaqlayıcı zərbə”, “total müharibə” kimi ifadələr hər iki tərəfdə qiymətə minir. Hazırda əsas narahatlıq öz hərbi gücünü səhv hesablamaqdandır. Bunun nəticələri gözlənildiyindən qat-qat pis ola bilər.”

“Yaxın həftələrdə və aylarda zorakı qarşıdurmanın qızışmasına yol verməmək üçün beynəlxalq aləmin yaxından cəlb olunması tələb olunur”.

Hesabatda daha sonra deyilir: “”Münaqişə düyününü açmaq üçün beynəlxalq aləmin tələb olunan güclü və əlaqələndirilmiş təzyiqi yoxdur”.

“Minsk qrupunun nəticə əldə edəcəyinə hər iki paytaxtda, Bakıda və Yerevanda, eləcə də 3-cü ölkələrin diplomatları, təhlilçiləri inamsızlıqla baxırlar”.

“Rusiyanın mövqeyi Minsk qrupunun formatı ilə bağlı suallar doğurur”. “Rusiya nəinki Minsk qrupunda həmsədrdir, həm də Cənubi qafqazda böyük strateji maraqları var və hər iki tərəfə silah verir”.

“Böhran qrupu illərdir ki, Dağlıq Qarabağ probleminin həll olunmaması təhlükəsindən geniş yazır. Bu hesabat tezliklə 2-ci müharibə olacağını və ya müharibənin qaçılmaz olduğunu demir. Bu hesabat uzun müddətli təhlükələri bildirir”.

TƏKLİFLƏR

“Minsk qrupu, Avropa Birliyi diplomatları hər iki tərəfi sakitlik dövrünə çağırmalıdır, tərəflər müharibə danışığını dayandırmalıdır. Bu dövrdə beynəlxalq aləmin cəlb olunması səyləri artırılmalıdır və düşmənçilik başlasa, hərbi gücünü səhv qiymətləndirməyin təhlükələri nəzərə çatdırılmalıdır”.

BBQ təklif edir ki, “Bakı ilə Yerevan arasında böhran qaynar xətti yaradılsın. Belə qaynar xətt hərbi münaqişənin qızışması ehtimalını azaldardı”.

“Münaqişənin bütün aspektlərində nüfuzlu olan Rusiya razılaşmanın əldə olunmasında daha qəti hərəkət etməlidir”.

"Rusiya həmçinin tərəflərə silah satmağı da dayandırdığını elan etməlidir. Digər silah təchizatçıları , o cümlədən İsrail və Cənubi Koreyanı da eyni hərəkəti etməyə inandırmaq lzımdır”.

VƏFA QULUZADƏ: "MƏNASIZ TƏKLİF"

Keçmiş Dövlət müşaviri Vəfa Quluzadə BBQ-nin qaynar xətt təklifini şərh edir:

Vəfa Quluzadə

Vəfa Quluzadə

“Qaynar xətt ideyasına pis baxmıram. Ancaq Azərbaycan torpaqlarını işğal edən Rusiyadır. BBQ yəqin belə düşünür ki, Azərbaycanla Ermənistan birləşib yeni müharibənin qabağını ala bilər.

Ancaq mənə danışıqlarda ermənilər dəfələrlə deyiblər ki, “siz bizlə niyə danışırsınız, gedin Moskva ilə danışın. Moskva nə əmr edir. Biz onu edirik.”

Ona görə Bakı-Yerevan qaynar xətti olsa, pis olmaz, ancaq onun effektivliyi heç olacaq. Çünki müharibəni başlasa, Rusiya başlayacaq.

Bir də ki, Moskva ilə Bakı arasında o telefon əlaqəsi var. Hələ Stalin dövründən VÇ telefonları var. Bakı ilə Yerevan arasında da var. Hər iki tərəfdən iradə olsa, bundan istifadə etmək olar.

Və mən sizinlə müzakirə edə-edə bu nəticəyə gəlirəm ki, Bakı-Yerevan qaynar xətti əslində mənasız ideyadır.”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG