Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:16
-
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda keçirilən Xəzər Forumunda çıxış edib

Bu barədə məlumatı APA yayıb.

Forumda çıxış edən Elmar Məmmədyarov deyib ki, strateji baxımdan vacib layihələr nəinki Azərbaycanın müstəqilliyini və suverenliyini təmin edir, həm də ölkənin dünyanın ən sürətli inkişaf edən iqtisadiyyata malik olmasına imkan verir.

Onun sözlərinə görə, Bakı-Ceyhan-Tiflis və Cənub dəhlizinin bölgənin inkişafında rolunu böyükdür. O, Bakı-Tiflis-Ceyhan layihəsinə dəstək verdiyinə görə ABŞ-a təşəkkür edib:

“Biz ABŞ-ın dəstəyinə dəyər veririk. Bu dəstək olmasa, biz bu bölgədə mürəkkəb vəziyyətlə üzləşə bilərdik. Hazırda biz görürük ki, Bakı-Tiflis-Ceyhan, Cənub dəhlizi kimi layihələr bölgənin inkişafına kömək edir. Bəli, bizim regionda problemlər var, lakin mən inanıram ki, biz bu istiqamətdə irəliləməyə davam etsək, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın millətçi ambisiyalardan üstün olduğuna dair arqumentimiz möhkəmlənər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG