Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Pakistanda zəlzələ qurbanlarının sayı 300-ü keçib.

Pakistanın Bəlucistan bölgəsində 7,7 bal gücündə baş verən zəlzələdə həyatını itirənlərin sayı artır. Zəlzələdə yaralananların sayı isə 340-ı keçib.

Şahidlər bildirir ki, Gvadar limanı sahillərindən dənizdə yeni bir kiçik ada yaranıb.

Bəlucistan əyalət rəhbərliyinin sözçüsü Jan Buledi deyib ki, qurbanların çoxu Avaran və ətraf kəndlərin sakinləridir.

O, ölənlərinin sayının artacağı ilə bağlı xəbərdarlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG