Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

İlham Əliyev “Barmek-Azərbaycan” şirkətini tənqid edib


Barmek-in loqosu

Barmek-in loqosu

-
«Bu şirkət təsərrüfatı dağıdırmış, elektrik təchizatını isə aşağı səviyyədə təmin edirmiş».
Məlumatı prezident.az saytı yayıb:
«Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanışlıq zamanı prezident İlham Əliyev deyib ki, “iqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşır. Demək olar ki, iqtisadiyyatımızın əsas hissəsi özəl sektora məxsusdur. Ancaq strateji obyektlər mütləq dövlətin sərəncamında olmalıdır. Bu obyektlər insanlara qulluq edir. Bu obyektlərə qoyulan vəsait kommersiya xarakteri daşımır. “Barmek” olanda, bax bu şəbəkəyə yalnız gəlir mənbəyi kimi baxırdılar. Baxırdılar ki, harada daha nə oğurlasınlar. Ancaq bu obyektlərə dövlət sərmayəsinin qoyuluşu sırf sosial xarakter daşıyır.
Ona görə strateji obyektlər dövlətin sərəncamında olmalıdır».
“Barmek-Azərbaycan” şirkəti 2002-2006-cı illərdə Bakı və Sumqayıt şəhərlərinin enerjipaylayıcı şəbəkələrini idarə edib. 2006-cı ildə hökumət müqaviləni ləğv edib.

Şirkətin rəhbəri Hüseyn Arabul 5 il sınaq müddətinə şərti cəza alıb. 2009-cu ildə Arabul Azərbaycanı tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG