Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:05

Hassan Rohani İranın nüvə proqramı haqda danışır


İran prezidenti Hassan Rohani
İran prezidenti Hassan Rohani
-
İran prezidenti Hassan Rohani İranın nüvə proqramı mövzusunda razılığa gəlmə müddətini açıqlayıb. Rohani deyib ki, 3-6 ay içində razılığa gəlmək olar.
ABŞ-ın Washington Post qəzetinə verdiyi açıqlamasında Rohani probleminin həllinin ABŞ-İran münasibətlərində yumşalmanın başlanğıc nöqtəsi olduğunu bildirib.
İran prezidenti bu mövzuda müzakirə aparmaq üçün dini lider Ayatollah Khamneyidən tam səlahiyyət aldığını vurğulayıb.
Sentyabrın 26-da İran uranın zənginləşdirilməsi proqramı mövzusunda P5+1 ölkələri ilə müzakirələr aparacaq.
İranın xarici işlər naziri Javad Zarif Nyu-Yorkda ABŞ dövlət katibi John Kerry də daxil olmaqla Çin, Rusiya, Almaniya, İngiltərə və Fransa nümayəndələri ilə bir araya gələcək.
Zarif-Kerry görüşü İran və ABŞ arasında 1979-cu ildən bu yana keçirilən ən yüksək səviyyəli görüşlərdən biri olacaq.
Bundan əvvəl Hassan Rohani BMT-də etdiyi çıxışında nüvə proqramı mövzusunda nəticələrin əldə olunması üçün müzakirələrə hazır olduğunu bildirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG