Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:07
-
Məhbus siyasətçi Nemət Pənahlının qayınatası Hüseyn Orucov sentyabrın 25-i axşam saatlarında vəfat edib. Məlumatı “Media forum” saytına mərhumun qızı, Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı verib.
Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olduğu müddətdə Nemət Pənahlı atası Əhəd Pənahlını (2012-ci il yanvarın 13-də) və anası Sara Pənahlını (2013-cü il aprelin 10-da) itirib. Nemət Pənahlıya valideynlərinin yas mərasimlərində iştirak etmək imkanı verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG