Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:26

50-dən çox jurnalist Pərviz Həşimlinin müdafiəsinə qalxıb


Pərviz Həşimli
Pərviz Həşimli
Azərbaycanda 50-dən çox jurnalist həmkarları Pərviz Həşimlinin dərhal azad edilməsini tələb edən birgə bəyanat imzalayıblar.Bəyanat beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamağa çağırır.Jurnalistlər hesab edir ki, Pərviz Həşimli MTN-də işgəncələrə məruz qalır və buna görə və onun vəkillə görüşünə imkan verilmir.

Həmçinin Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimova prezident İlham Əliyev, onun xanımı Mehriban Əliyeva, ombudsman aparatı və İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudova müraciət edərək həyat yoldaşının tezliklə azadlığa buraxılmasına kömək etməyi xahiş edib.

Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də silah qaçaqmalçılığı, qanunsuz silah saxlamaq, əldə etmək və satmaq ittihamı ilə həbs edilib.

Bir müddət əvvəl o, doğmalarına və yaxınlarına bildirib ki, Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu hədələyərək, müxalif AXCP lideri Əli Kərimlinin əleyhinə bəyanatlar verməyi tələb edirlər.Lakin o bundan imtina edib və təzyiq haqqında ABŞ səfirliyinə məlumat verib. Bir müddət sonra isə həbs edilib.
XS
SM
MD
LG