Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:36

Əli Kərimlinin xanımı həbs edilən oğlu ilə görüşüb


Tqrkel Kərimli Bakıda etiraz aksiyasında.
Tqrkel Kərimli Bakıda etiraz aksiyasında.

Sentyabrın 25-də AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli anası Samara Seyidova ilə görüşüb. Bu barədə “Media forum”a partiya sədri Əli Kərimli məlumat verib:

“Türkelin saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Hamının tabe olduğu rejim ona da aiddir. Heç bir ayrı-seçkilik etmirlər. Əsas məqsədimiz ondan təhsil aldığı universitetin müəllimlərinin telefon nömrələrini öyrənib müəllimləri mövcud vəziyyət haqda xəbərdar etməkdir.

Müəllimlərdən dərs vəsaitlərini internet vasitəsilə bizə göndərmələrini xahiş edəcəyik. Bu baş versə, həmin vəsaitləri çap etdirib Türkelə çatdırmaq istəyirik ki, dərslərindən geri qalmasın. Müəllimlərin əlaqə nömrələrini götürmüşük. Universitetlə əlaqə saxlayıb mövcud vəziyyəti bildirəcəyik”.

O, sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəklərini deyib.

“Türkel məhkəmədə dediklərini bir daha təsdiq edib ki, nə plakat cırıblar, nə də polisə müqavimət göstəriblər. Bunların hamısı qurama olub. Türkelin əsas narahatlığı da məhz bundan - məhkəmənin sifarişli qaydada qeyri-qanuni həbs qərarı çıxarmasındandır” - deyə AXCP sədri bildirib.

Daxili İşlər Nazirliyi isə məsələnin siyasiləşdirlməsinin düzgün olmadığını bildirir.

Türkel Kərimli Böyük Britaniyanın Bristol Universitetinin hüquq fakültəsində təhsil alır.

O, sentyabrın 22-də Milli Şuranın Bakıda keçirdiyi mitinqdən sonra dostları Ülvi Nuriyev və Coşqun Salahovla birgə tutulub. Sentyabrın 23-də Nəsimi məhkəməsi Türkel Kərimlini 25, Coşqun Salahzadəni 30, Ülvi Nuriyevi 20 gün müddətinə azadlıqdan mərhum edib. Gənclər İnzibati Xətalar Məcəlləsinin “polisə tabe olmamaq” maddəsi ilə təqsirli biliniblər.

Həbs olunan gənclər paytaxt polisinin Binəqədidəki təcridxanasında saxlanırlar.

Sentyabrın 25-də Türkel Kərimli ilə Ülvi Nuriyevin təhsil aldığı Britaniyadakı Bristol Universtində dərslər başlayır.
XS
SM
MD
LG