Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:33
“Qrinpis” təşkilatının Peçorskdakı neft platformasına qalxmaq istəyən fəalları dəniz quldurları deyillər, amma beynəlxalq normaları pozublar”.

Bunu Rusiya prezidenti Vladimir Putin deyib.O beynəlxalq arktika formunda çıxış edərkən hadisənin detallarını bilmədiyini qeyd edib.Amma prezident bildirib ki, ola bilsin Rusiya sərhədçiləri Qrinpis adı altında platformanı kimlərin ələ keçirmək istəməsini bilməyiblər.O əlavə edib ki, Keniyadakı qanlı hadisələrin fonunda hər şey baş verə bilərdi.

Ekoloqların gəmisi sentyabrın 19-da Peçorsk dənizində saxlanılıb.Onlar Arktikada neft çıxarılmasına etiraz olaraq aksiya keçirmək istəyirmişlər. Gəmi Murmanska aparılıb.

İstintaq komitəsi faktla bağlı quldurluq ittihamı ilə cinayət işi qaldırıb.Saxlanan ekoloqlar və heyət üzvləri çərşənbə günü müxtəlif şəhərlərdə istintaq təcridxanalarına salınıblar.

Qrinpis təşkilatı dəniz quldurluğu ilə bağlı ittihamı cəfəngiyyat adlandırıb.
Hüquq müdafiəçiləri Vladimir Putini onları azad etməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG