Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23
Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədovun məhkəmə prosesində vəkillərin yekun çıxışları başlayıb.

Vəkil Ramiz Məmmədov onun təqsirinin sübuta yetirilmədiyini , istintaqın kobud pozuntularla keçirildiyi və bir çox uyğunsuzluqlar olduğunu bildirib.O bildirib ki, H.Məmmədov ifadə azadlığına görə həbs edilib.

Həmçinin vəkil Xalid Bağırov Hilal Məmmədovun təqsirsiz olduğunu və ona qarşı irəli sürülmüş ittihamların qondarma olduğunu bildirib.Digər vəkillər də yazılı formada yekun fikirlərini təqdim edib və ona bəraət verilməsini tələb ediblər.

Hilal Məmmədovun yekun çıxışı sentyabrın 27-nə təyin edilib və elə həmin gün ona hökm oxunacaq.

Hilal Məmmədov dini, etnik ayrı-seçkilik salmaq və qanunsuz narkotik maaddə saxlamaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG