Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:05

MSK exit-pollun maliyyə mənbəyini açıqlamadı



Mərkəzi Seçki Komissiyası prezident seçkilərində exit-poll keçirmək istəyən "ELS" müstəqil araşdırmalar mərkəzi icma birliyinin müraciətinə müsbət cavab verib.

Bu barədə MSK-nın 25 sentyabrın iclasında qərar qəbul edilib.

Ümid partiyasının MSK-dakı nümayəndəsi Akif Qurbanlı exit-poll keçirəcək mərkəzin maliyyə mənbəyinin hardan olmasının açıqlanmasını istəyib.

MSK-nın sədr müavini Natiq Məmmədov deyib ki, MSK exit-poll keçirən təşkilatın yalnız texniki hazırlığını yoxlayır.

Akif Qurbanlı isə deyib ki, “siz bu suallara cavab verməməklə, təsdiq edirsiz ki, proses şəffaf olmayacaq”.

MSK sədri Məzahir Pənahov isə “Belə çıxır ki, təlimatımızı daha dərindən oxumalıyıq” deyə ona cavab verib.

Exit-poll üçün müraciət edən digər qurum Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi ictimai birliyi olub. MSK nümayəndəsi bildirib ki, həmin qurumun nizamnaməsində prezident seçkilərində iştirakla bağlı qeyd yoxdur. Bu səbəbdən də müraciətə baxılmayıb.

Akif Qurbanov “bu onu göstərir ki, əvvəlcədən sizə məlum olan təşkilatı exit-poll üçün qeydə alırsız” deyə məsələyə münasibət bildirib.

İclasda məlumat verilib ki, bu günə qədər seçkiləri izləyəcək 30 min müşahidəçi qeydiyyatdan keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG