Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15
-
Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin həbsinə münasibət bildirib.

APA-ya müsahibəsində Əli Həsənov Pərviz Həşimlinin həbsinin onun jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını deyib.

“Pərviz Həşimlinin həbsi ilə onun jurnalist fəaliyyəti arasında heç bir əlaqə yoxdur, ola da bilməz”.

Şöbə müdiri bildirb ki, P. Həşimlinin həbsi ilə bağlı əməliyyatı həyata keçirən dövlət qurumunun açıqlaması var və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır:

“İstintaq gedir, istintaqa müvafiq olaraq cəmiyyətə məlumat verilib, bundan sonra da veriləcək”.

Pərviz Həşimli Təvəkkül Qurbanovla birgə sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Pərviz Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir.

Şərhləri göstər

XS
SM
MD
LG