Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:12

YAP İmişlidə İlham Əliyevin təşviqat görüşləri keçirir


Azerbaijan. İmishli. İlham Aliyev's meeting in Imishli

Azerbaijan. İmishli. İlham Aliyev's meeting in Imishli

-
Sentyabrın 24-də İmişlidə Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı prezidentliyə namizəd İlham Əliyevin təşviqatı üçün tədbir keçirib.

Namizədin müdafiəsi ilə bağlı çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.
İmişli şəhərində açıq toplantıların keçirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən Məşədi Əzizbəyov küçəsindəki boş sahə təklif edildiyi halda, təşkilat təşviqat yığıncağını şəhərin “Bayraq meydanı”nda keçirib.
Bundan başqa toplantı keçirildiyi vaxt (saat 15-dən 18-dək) dövlət orqanlarında, idarə və müəssisələrində iş dayandırılması, işçilər kollektiv şəkildə meydana gətirilməsi müşahidə edilib.
Tədbirdə yetkinlik yaşına çatmayanların iştirakı da nəzərə çarpıb.

Məktəb yaşlı uşaqlar əyinlərinə üzərində “İlhamla irəli” yazılmış köynəklər geymiş, əllərində YAP-ın bayrağını, prezidentliyə namizədin təşviqat materialını tutublar.
XS
SM
MD
LG