Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:29

Baş Prokurorluq: Gülər Əhmədovanın cinayət işi məhkəməyə göndərilib


Gülər Əhmədova

Gülər Əhmədova

-
Azərbaycanın sabiq millət vəkilinin işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib.

Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG