Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 10:11

Ümid Partiyasının üzvlərinə təzyiqlər olub


-
Sentyabrın 24-də Ümid Partiyasının üzvlərinə təzyiqlər olub.

Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib:

«Sumqayıtda İqbal Ağazadənin təbliğatı üçün broşüralar paylayır, sakinlərlə söhbət aparırdıq. Mülkigeyimli şəxslər yaxınlaşdılar. Bir neçə üzvümüzə təzyiqlər oldu, broşüraları alıb cırdılar. Mən orada çəkiliş aparırdım. Mənə də təzyiq göstərdilər. Ərazini tərk etməyimizi tələb etdilər. Biz də oranı tərk etdik. Bütün bu hadisələr polisin gözü qarşısında baş verdi».

İqbal Ağazadə prezidentliyə namizədlərdən biridir.

Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG