Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:56

Braziliya prezidenti ABŞ-ı casusluqda günahlandırıb


Dilma Rousseff
Dilma Rousseff
Braziliya prezidenti Dilma Rousseff ABŞ-ı onun ölkəsinə qarşı casusliqda ittiham edib. O BMT-nin Baş Assambleyasının sesiyasında çıxış edərkən bildirib ki, Braziliya özünü qanunsuz yollarla məlumatların ələ keçirilməsindən qorumaq üçün yeni qanun və texnologiyalar tətbiq edəcək. Rousseff qeyd edib ki, bu cür casusluq beynəlxalq qanunların pozulması deməkdir.

ABŞ kəşfiyyatının Rusiyadan siyasi sığınacaq almış keçmiş əməkdaşı Edward Snowdenin bu yaxınlarda yaydığı məlumatlarda ABŞ-ın Braziliyanı gizli yollarla müşahidə elədiyi güman edilir.
XS
SM
MD
LG