Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:45

Obama Suriyadakı kimyəvi silahların ləğvinə çağırıb


Barack Obama
Barack Obama
-
ABŞ prezidenti Barack Obama beynəlxalq aləmi Suriyadakı kimyəvi silahlarının tamamilə məhv edilməsinə nail olmağa çağırıb.O çərşənbə axşamı BMT-nin Baş Assambleyasının sesiyasında çıxış edərkənbununla bağlı ABŞ-la Rusiya arasında əldə edilmiş razılaşmanı həyata keçirmək üçün təhlükəsialik şurasında Suriya ilə bağlı kəskin qətnamə qəbul edilməsinin vacibliyini qeyd edib.

Obama Suriya rejiminin avqustun 21-də Dəməşq ətrafında kimyəvi silah işlətməsi barədə əsaslı sübutlar olduğunu bildirib.

BMT-nin baş katibi Ban Kİ Moon bundan əvvəl sesiyanın açılışında çıxış edərkən bildirib ki, Suriyadakı kimyəvi silahların məhv edilməsi ilə bağlı qətnamə qəbul edilməlidir.O həmçinin aparıcı ölkələri Suriyada münaqişə tərəflərinə silah göndərilməsini dayandırmağa çağırıb.

Obama İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə də toxunub. O deyib ki, yeni İran rəhbərliyinin daha mötədil kursu bu məsələnin həllində diplomatik imkanlar açır.
Obama qeyd edib ki, cümə axşamı bu məsələ ilə bağlı keçiriləcək görüşdə ABŞ Dövlət katibi John Kerrynin qarşısında məhz bu məsələ qoyulub.

ABŞ, Rusiya, Çİn, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri həmin görüşdə İranla onun nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklərBu görüşdə İranı xarici işlər naziri Mohammad Javad Zarif təmsil edəcək.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

BMT nüvə proqramına görə İrana qarşı 4 sanksiya tətbiq edib. Həmçinin ABŞ və onun müttəfiqləri Tehrana qarşı ayrıca sanksiyalar tətbiq ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG