Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Obama :“Yeni İran rəhbərliyinin daha mötədil kursu diplomatik imkanlar açır”


Barack Obama

Barack Obama

“Yeni İran rəhbərliyinin daha mötədil kursu Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həllinə diplomatik imkanlar açır”.

Bunu ABŞ prezidenti Barack Obama BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyasında çıxış edərkən deyib.O qeyd edib ki, cümə axşamı bu məsələ ilə bağlı keçiriləcək görüşdə ABŞ Dövlət katibi John Kerrynin qarşısında məhz bu məsələ qoyulub.

ABŞ, Rusiya, Çİn, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri həmin görüşdə İranla onun nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.Bu görüşdə İranı xarici işlər naziri Mohammad Javad Zarif təmsil edəcək.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

BMT nüvə proqramına görə İrana qarşı 4 sanksiya tətbiq edib. Həmçinin ABŞ və onun müttəfiqləri Tehrana qarşı ayrıca sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG